Gəncədə baş verənlərin görünməyən tərəfləri - [XRONOLOGİYA]



Все видео канала MeydanTV2018-07-11 16:19

Gəncədə nə baş verir? Mövzunu sizə bir neçə rakursdan təqdim edirik.

İyulun 10-da, axşam saat 20 radələrində Gəncə şəhərinin mərkəzində bir qrup şəxs aksiyaya cəhd edib. Yayımlanan videolardan görünür ki, pərakəndə şəkildə şəhərin mərkəzində hərəkət edən şəxslər dini şüarlar səsləndirirlər. Maraqlısı odur ki, aksiyaya cəhdin baş verməsindən öncə əraziyə cəlb edilən daxili qoşunlar və digər polis qüvvələri şüarlar səsləndirilərkən gözə görünmür və toplaşmaya heç bir müdaxilə etmirlər. Daha sonra isə müəmmalı şəkildə Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov kəsici-deşici vasitələrlə öldürülür. Beləliklə, polis əraziyə müdaxilə edərək aksiyaya cəhd edənləri, eləcə də hadisəyə kənardan baxan vətəndaşları zor tətbiq etməklə həbs edir. DİN, Baş Prokurorluq və DTX məlumat yayır ki, polislərə xəsarət yetirməkdə şübhəli bilinən iki nəfər axtarılır. Onlar Gəncə şəhər sakinləri, 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Qasımovdur. Rəsmi məlumatda o da bildirilir ki, 40 nəfər saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları isə qaçaraq ərazini tərk edib.

Yayımlanan canlı videoda polislərin gözyaşardıcı qazlardan istifadə etdiyi deyilsə də, bunlar görüntülərdə əks olunmayıb.

Aksiyaya cəhdin hansı tələblə baş verdiyi haqda dəqiq məlumat yoxdur. Yalnız bir neçə gün öncə Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətməkdə təqsirləndirilən Yunis Səfərovu müdafiə məqsədilə aksiya keçiriləcəyi elan edilirdi. Hakimiyyət dairələri bu addımı Yunis Səfərov kimi dindarlarlarla əlaqələndirib təxribat adlandırır.

Adlarının açıqlanmasını istəməyən Gəncə sakinləri Meydan TV-yə bildirib ki, iyulun 10-u hələ günortadan şəhərin mərkəzi boşaldılmışdı. Sitat: “Biz çayxanada oturmuşduq, polislər gəlib bizə dedilər ki, ərazini tərk edin. Polislər günorta şəhərin mərkəzini mühasirəyə almışdı və sakinləri ora buraxmırdılar”-, sitatın sonu.

Hadisəni şərh edən ictimai fəal Bəxtiyar Hacıyev facebook hesabında yazır. Sitat:
“Bir həftədir “təxribat olacaq” deyib, hazırlıq görüb, o qədər polis arasında iki polkovnikin öldürülməsinə, sonra da ərazidən itib, axtarışa verilməsinə kim şərait yaratdı? Ölkənin ikinci böyük şəhərində toplanmış o qədər polis iki bıçaqlının cinayətinin qarşısını almaq bir tərəfə, iki polkovniki bıçaqlamış adamı zərərsizləşdirmək bir tərəfə, səhərə qədər tapa da bilmədi? İki polis zabiti Elmara qurban verildi ki, xalq “dövlətçilik əldən gedir” deyib, Elmar məsələsini unutsun.”,- sitatın sonu.

Kanala abunə ol - https://goo.gl/TcM9Fm

WebSite: http://www.meydan.tv
Facebook: http://fb.com/MeydanTelevision
Twitter: http://twitter.com/MeydanTV
Google+ https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram: http://instagram.com/meydantv

__
Xəbərdən çox xəbər var. #çəkgöndər yayımlayaq #whatsapp : +49 176 16263646